«Qız qalası hər an uça bilər»

«Yeni Müsavat»: Tamah və cahillik Bakını məhv edir

Qalanın mühafizə zonasında planlaşdırılan tikinti Azərbaycanın simvolunun taleyini təhlükə altında qoyub; yeni bina üçün katlavan qazılsa, fəlakət baş verəcək.

«Bizim Yol»: Bank və bankomat qıtlığı

Dövlət Sosial Müdafiə Fondu təqaüdləri paylamağı cəmi 2 banka həvalə edib.

«Azadlıq»: «500 mininci» YAP-çı kimdir?

Ləman Fərzəliyevanın Nərimanov Rayon İcra başçısı Abdin Fərzəliyevin qızı olduğu bildirilir.

«Bakı Xəbər»: Bakıdakı dərman reklamlarında tibbi saxtakarlıq...

Adil Qeybulla: «Reklamlardakı məlumatlar, adətən reallıqdan uzaq, şişirdilmiş formada üzə çıxır».

«Kaspi»: Azərbaycanda vərəmlə bağlı problemlər qalmaqdadır

Elcan Məmmədbəyov: «Bütün müalicə, müayinə və dərmanlar, eləcə də həkimin zəhməti pulsuzdur».

«525-ci qəzet»: Yol polisi qadın sürücülərdən narazıdır

Azərbaycanda qadın sürücülər tərəfindən törədilən yol hərəkəti qaydaları pozuntularının sayı iki dəfə artıb

«Şərq»: «Qara siyahı»dakılar Əflatun Amaşovu danışdırdı

Mətbuat Şurasının sədri deyib ki, «reket» qəzetlərə qarşı mübarizə daha da güclənəcək.

«Yeni Azərbaycan»: Humanitar sahələrin inkişafı Azərbaycan hökumətinin prioritetləri sırasındadır

Kifayət qədər geniş elmi potensiala malik olan Azərbaycanda müxtəlif sahələr üzrə yüksək səviyyəli savadlı və peşəkar kadrların yetişməsi üçün hər cür şərait yaradılıb.