Bu gündən havalar pisləşir

Fevralın 7-dən ölkə ərazisində yağıntılı hava olsa da, saxtalı hava fevralın 8-dək davam edəcək

Fevralın 4-dən günortadan sonra Azərbaycan ərazisində hava şəraiti pisləşməyə başlayacaq. Qar yağacaq, şimal küləyi güclənəcək, temperatur aşağı düşəcək.

Bu gün axşam Bakıda və Abşeronda havanın temperaturu sıfıra qədər azalacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoroliji Proqnozlar Bürosundan verilən məlumata görə, fevralın 5-6-da Bakıda və Abşeronda temperatur günorta saatlarında -2, gecə -2-3 dərəcə təşkil edəcək. Arabir qar yağacağı, çovğun olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Fevralın 7-dən ölkə ərazisində yağıntılı hava olsa da, saxtalı hava fevralın 8-dək davam edəcək.