"Aqo" qrupunun Azərbaycana dair hesabatı dinlənəcək

Bu gün Avropa Şurasının Nazirlər Komitəsində “Aqo” qrupunun ötən ilin noyabrında Azərbaycan və Ermənistana səfərinə dair hesabatı dinlənəcək.

Qrup hesabatı Nazirlər Komitəsinə yanvarın 20-də versə də, sənədin təqdimatı təxirə salınmışdı.

Buna səbəb isə bəzi məsələlərlə bağlı əlavə məsləhətləşmələr olub.

Qeyd edək ki, “Aqo” qrupu Azərbaycanda ötən il noyabrın 25-də olub.