Pakistanda törədilmiş partlayışda 16 adam ölüb

Pakistanın şimal-qərbində törədilmiş partlayışda azı 16 adam ölüb.

Hadisə Bacaur vilayətinin Khar şəhərində baş verib.

İntiharçı özünü hərbi məntəqənin ətrafında partladıb.

2001-ci ildə Əfqanıstanda Taliban rejimi devrildikdən sonra bu bölgəyə yüzlərlə yaraqlı keçib.