Futbolçular da oynamaq üçün rüşvət verirmiş

Çində futbolçular milli komandaya düşmək və beynəlxalq oyunlarda iştirak etmək üçün iri məbləğdə rüşvət verirlərmiş. Bu barədə Şanxayın rəsmi qəzeti xəbər verir.

Qəzetin bugünlərdə yaydığı məlumata görə gənclərdən ibarət komandaya düşmək üçün 80 000 yuan (12 000 dollar), yığmada oynamaq üçün 100 000 yuan (15 000 dollar), rəsmi oyunlarda iştirak etmək üçün isə 200 000 yuan (30 000 dollar) rüşvət vermək lazım olurmuş.

Daha ətraflı AzadliqRadiosunun “Korrupsiometr” səhifəsində tanış ola bilərsiniz.