Həmas İsraili ittiham edir

Həmas İsrailin xüsusi xidmət orqanlarını təşkilatın əsas simalarından olan Mahmud əl-Mabuxun ölümündə günahlandırıb. O yanvarın 20-də Dubayda öldürülüb. Onun ölümünün detalları haqqında isə Həmas heç bir məlumat vermir.

 

İsrail rəhbərliyi bu ittihama hələlik cavab verməyib. Fələstin muxtariyyəti rəhbərliyi də xəbəri şərh etməyib.