Yol qəzasında 6 adam ölüb

Rusiyanın Ryazan vilayətində avtobusun lokomotivlə toqquşması nəticəsində 6 adam ölüb, 9 nəfər isə yaralanıb.

Ölən və yaralananların hamısı avtobusda olanlardır.

Rusiya Dövlət Avtomobil Müfəttişliyindən verilən məlumata görə qəza avtobus sürücüsünün günahı ucbatından baş verib.