Havalar istiləşir

Üç günlük şaxtadan sonra yaxın üç gündə Bakıda və Abşeron yarımadasında hava yaxşılaşacaq. Hava yağıntısız keçəcək, temperatur yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu müddət ərzində hava dəyişkən-buludlu olacaq, bəzi yerlərdə duman olacaq. Cənub küləyinin sürəti 9-14 m/saniyə olacaq. Gecə saatlarında havanın temperaturu -2 dərəcəyədək düşəcək, günorta saatlarında +8 +12 dərəcə təşkil edəcək.

Rayonlarda havanın temperaturu gecə saatlarında -3 dərəcə, günorta saatlarında +6 +11 dərəcə olacaq.