Davosda 40-cı iqtisadi forum başlayıb

Bu gün Davosda 40-cı beynəlxalq iqtisadi forumun açılışı olub.

Fransa prezidenti Nikole Sarkozi açılışda çıxış edərkən deyib ki, indiki qlobal iqtisadi böhran əlavə iqtisadi tədbirlərin vacibliyini göstərir- xüsuslilə də maliyyə və bank sektorunda.

Sarkozi iri şirkətlərin menencerlərinə həddən artıq maaş verilməsini tənqid edib və yeni iş yerləri yaradılmasının vacibliyini qeyd edib.

Toplantıda 70-dən çox ölkənin nümayəndəsi iştirak edir.