Təlabat olmasa NABUCCO baş tutmayacaq

Əgər bu il açıq bazarda təlabat həddən artıq aşağı olsa NABUKO kəməri tikilməyəcək.

Bunu Avstriyanın OMV şirkətinin icraçı direktoru Verner Auli deyib.

O qeyd edib ki, biz dövlət təşkilatı yox, kommersiya şirkətiyik və əgər təlabat olmasa , onda biz sadəcə bu kəməri çəkə bilməyəcəyik.

OMV, Bolqarıstanın Bulgargaz, Türkiyənin BotaşŞAlmaniyanın RWE, Macarıstanın MOL və Rumınyanın Transgaz şirkətləri Avropa Birliyinin dəstəklədiyi bu layihədə tərəfdaşdırlar.

NABUKO-nu çəkməkdə məqsəd Avropanın qaza görə Rusiyadan asılılığını azaltmaqdır.

Açıq bazar prosesi bu ilin iyulundan oktyabrınadək keçirilməlidir.

Amma Auli sonda jurnalistlərə deyib ki, biz hələ ki, tələbatla bağlı xoş əlamətlər görürük.