Azərbaycandan siyasi məhbusların azad olunmasını tələb edir

Avropa Şurasının baş katibi Thorbyörn Yaqland yanvarın 25-də Strasburqda keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycanda siyasi məhbusların, o cümlədən gənc bloqqerlərin azadliga buraxilmasi "çox mühüm məsələdir".

Yaqland bildirib ki, onlar Azərbaycandan bu problemin həllini israrla tələb edirlər və əlavə edib ki, Azərbaycan rəhbərliyi qarşısında bununla bağlı məsələ qaldırıb.