Ombudsman: «Bənənyarla bağlı tədbir görülməlidir»

Elmira Süleymanov

Ombudsman Elmira Süleymanova bənyarlılarla bağlı daxili işlər orqanlarına müraciətinə hələ də cavab almayıb. O, yanvarın 25-də jurnalistlərə açıqlamasında belə deyib.

Ombudsman aparatının bundan sonra hansı addımı atması və kəndə nümayəndə göndərilməsi məsələsi həmin cavab alındıqdan sonra bəlli olacaq.
«Həbs olunanların çoxu azadlığa buraxılsa da, orda hüquq pozuntusu var. Bununla bağlı tədbir görülməlidir».

Elmira Süleymanova deyir ki, əgər müraciətə cavab gəlməsə, o başqa addımlar barədə düşünəcək. Çünki Bənənyar hadisələri onu çox narahat edir.

Xanım Süleymanova onu bildirib ki, hazırda Ombudsman Aparatına Naxçıvandan kifayət qədər şikayət gəlməkdədir. Azərbaycan insan haqları müvəkkilli onu da etiraf edib ki, onların Naxçıvan MR-nın ombudsmanı ilə işgüzar əlaqələri yoxdur.

Culfa rayonunun Bənənyar kəndində Aşura mərasimində iştirak edən şəxslər sonradan polis tərəfindən saxlanılıb, kənddə axtarış aparılıb, sakinlər təzyiqlərə məruz qalıblar.