Polislər 6 meyit tapıb

Pakistanda, Şimali Vəziristanda güllələnmiş 6 nəfərin meyiti tapılıb.

Ehtimallara görə onları talibançılar öldürüb.

Yerli polisin məlumatına görə meyitlərin hamısının üstünə məktub qoyulub.

Məktubda onların Amerikaya casusluq etdikləri bildirilir.

Şimali Vəziristan talibançıların əsas dayaq məntəqələrindən biridir.