İranda yanan təyyarə Rusiya şirkətinə məxsusdur

İranda qəzaya uğramış sərnişin təyyarəsi Rusiya şirkətinə məxsusdur.

Tu-154 təyyarəsi Məşhəddə yerə enərkən 46 sərnişin yaralanıb.

Yerə enərkən təyyarənin arxa hissəsi yanmağa bağlayıb.

Rusiya hava şirkətinin məlumatına görə, Rusiyanın “ Koqalımavia” şirkəti təyyarəni İran tərəfinə icarəyə verib.

Təyyarədə 170 sərnişin olub.

İlkin məlumata görə qəzaya səbəb təyyarənin həddən artıq yüklənməsi və çətin hava şəraiti olub.