ABŞ rəsmisi deyib ki, İraqda seçkilər ədalətli olmalıdır

Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden bildirib ki, martın 7-də İraqda keçiriləcək parlament seçkiləri azad və şəffaf olmalıdır.

İraqda səfərdə olan Bayden bu gün baş nazir Nuri əl Maliki və prezident Cəlal Talabaniylə görüşüb.

Danışıqların əsas mövzusu 500-dən çox namizədin seçkilərdən kənarlaşmasıyla bağlı ölkədə yaranmış siyasi böhran olub.

Onların keçmiş dikdator Səddam Hüseyinin Bəəs partiyasıyla əlaqəsi olduğu güman edilir.