Rusiya və Belarus danışıqları bərpa edir

Yanvarın 22-də Rusiya və Belarus rəsmiləri yenidən neft təchizatına dair razılaşmanı müzakirə edəcəklər.

İki ölkə arasında əvvəlki danışıqların uğursuz olması Avropada narahatlığa səbəb olub, 2010-cu il üçün yanacaq təzhizatının kəsilə biləcəyindən ehtiyatlanırlar.

Analitiklər bildiriblər ki, tərəflər qiymətlə bağlı razılaşa bilmir. Minsk Moskvanın neftə görə haqsız olaraq yüksək qiymət tələb etdiyini, Moskva isə Belarusun nefti ucuz almaq istədiyini deyir.