Yanacaqdoldurma məntəqələrində yoxlamalar başlayır

Dövlət komitəsinin sədri bildirir ki, standartlara uyğun gəlməyən benzin satan məntəqələr cərimə olunacaqlar

Bütün yanacaqdoldurma məntəqələrində yoxlamalar başlanılacaq. Keyfiyyətsiz benzin satan məntəqələr cərimə olunacaq.

Bu barədə yanvarın 20-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov jurnalistlərə bildirib.

O, bildirib ki, Azərbaycanda hazırda satılan «Avro 1», «Avro 2» markalı benzin standartlara cavab verir. Amma «Avro 2» markalı benzinin bir çox hallarda standartlara cavab vermədiyi müəyyənləşib.

Dövlət komitəsinin sədri bildirir ki, standartlara uyğun gəlməyən benzin satan məntəqələr 5 min manat, sahibkarlar isə 1500-2000 manat cərimə olunacaqlar.