Sabah Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Yanvarın 20-də Şəhidlər Xiyabanına ümumxalq ziyarətiylə əlaqədar Bakının bəzi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Yanvarın 20-də Şəhidlər Xiyabanına ümumxalq ziyarətiylə əlaqədar Bakının bəzi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəhbəri Cəmşid Hənifəyev AzadlıqRadisouna bildirib ki, şəhərin Parlament, M.Müşfiq, İ.Qutqaşınlı, T.Elçin, H.Seyidbəyli küçələrində və Mətbuat prospektində nəqliyyatın hərəkəti dayandırılacaq: «Məhdudiyyət səhər saat 6-dan axşam saat 8-9-a, ziyarət başa çatana qədər davam edəcək».

Həmin gün metronun «20 yanvar» stansiyasının yaxınlığında «20 yanvar şəhidləri» abidə-kompleksin açılışı olacaq. Açılışda ölkə prezidenti İlham Əliyevin də iştirak etməsi gözlənir.

C.Hənifəyevin sözlərinə görə, «20 yanvar» dairəsində nəqliyyatın hərəkəti yalnız mərasim zamanı dayandırılacaq. Həmin müddətdə avtomobillər körpünün üstündən və alternativ yollardan istifadə edə bilərlər.

Yasamal Rayon İcra Hakimiyyətindən isə AzadlıqRadiosuna deyiblər ki, abidə kompleksin açılışı günün birinci yarısında nəzərdə tutulub.