Dəniz quldurları yunan gəmisini azad ediblər

Somali dəniz quldurları noyabrda ələ keçirdikləri yunan gəmisini azad ediblər. Həmin gəmi iki milyon barel neft daşıyırmış.

Bildirilir ki, dəniz quldurları gəmini 7 milyon dollar qarşılığında azad ediblər. Pul isə nəğd şəkildə vertalyot vasitəsiylə gətirilib.

Gəminin 28 nəfərlik heyətindən heç biri xəsarət almayıb. Gəmi heyəti arasında iki Ukrayna vətəndaşı da var.