Rusiya çeçen qiyamçılarının Gürcüstanda təlim keçdiyini bildirir

“Çeçenistan, İnquşetiya və Dağıstanda terror aktları həyata keçirən islamçı yaraqlılar Gürcüstandakı hərbi bazalarda təlim görürlər”. Bunu Rusiyanın daxili işlər nazirinin müavini Arkadi Yedelev bildirib. Ancaq o, bunda Gürcüstan rəhbərliyinin əli olduğunu söyləməyib, təlimçilərin kimlər olmasıyla da bağlı bir fikir bildirməyib.

Rusiya əvvəllər də çeçen qiyamçılarının ərəb döyüşçüləri tərəfindən təlim gördüklərini açıqlasa da, konkret olaraq Gürcüstanın adını çəkməmişdi.