Ölüm hökmünə moratorium elan edildi

Monqolustan prezidenti ölüm hökmünə moratorium elan edib.

Prezident Tsaxiaqiyn Elbeqdor parlamentdə çıxışında ölüm hökmünü 30 illik həbs cəzası ilə əvəzləməyi təklif edib.

Çıxışdan sonra müxalifətçi deputatlar etiraz əlaməti olaraq prezidenti alqışlamayıblar.

Amnesty İternational təşkilatı Monqolustan prezidentinin təklifini alqışlayıb.