Partlayıcını zərərsizləşdirən mühəndislər öldü

Əfqanıstanda yanvarın 13-də beynəlxalq koalisiya qüvvələrinin 5 hərbçisi ölüb.

İki ABŞ hərbçisi Əfqanıstanın şərqində partlayış zamanı, daha biri döyüşdə, 4-cü isə minaya düşüb. Fransadan olan hərbçi isə ölkənin şimalında partlayışda ölüb.

Bu arada dörd əfqan hərbi mühəndisin Host vilayətində partlayıcını zərərsizləşdirən zaman öldüyü bildirilir.