Yeni ildə Əfqanıstanda öldürülmüş beynəlxalq hərbçilərin sayı 15-ə çatıb

Əfqanıstanda NATO-nun rəhbərlik etdiyi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin 6 əsgəri həlak olub. Onlardan 3-ü amerikalı, 1-i isə fransızdır. 2 əsgərin milliyyəti hələ açıqlanmayıb.

Bununla da yeni ildə Əfqanıstanda qətlə yetirilmiş beynəlxalq hərbçilərin sayı 15-ə çatıb. NATO və ABŞ-ın bu ölkədə 113 min əsgəri var.