Məşhur nağılçı sətəlcəmdən öldü

"Yojik v tumane" multfilmi

Tanınmış rus yazıçısı, “Yojik v tumane” kimi məşhur nağılların müəllifi Sergey Kozlov yanvarın 9-da Moskvada vəfat edib.

Yazıçı 71 yaşında sətəlcəmdən dünyasını dəyişib.

Kozlov bir çox multfilmlər üçün ssenari də yazmışdı və onlar bütün Sovetlər Birliyində məşhurlaşmışdı.

Bunlar arasında “Ya na solnışke leju” mahnısını oxuyan şir balası və tısbağa haqqında multfilm də var.

Kozlov peşəkar yazıçı olmamışdan qabaq nəşriyyat fəhləsi, xarrat, nəğmə müəllimi, paravozda ocaqçı işləyib.

Nağıl yazmağa keçən əsrin 60-cı illərindən başlayıb.