Çin ixracda Almaniyanı keçib

Çin dünyada ən çox mal ixrac edən ölkə olub.

Beləliklə o bu siyahıda başda gələn Almaniyanı üstələyib.

Çin Dövlət Statistika İdarəsinin məlumatına görə ötən ilin dekabrında ölkədə ixrac 17,7 faiz artıb və beləliklə 2009-cu ildə ümumi ixracın həçmi 1,2 trilyon dollar olub.

Bu Almaniyanın göstəricisindən təxminən 30 milyard çoxdur.