Uçqunda ölmüş alpinistlərin cəsədi tapılıb

Kabardin-Balkarda qar uçqununda ölən bütün alpinistlərin meyiti tapılıb.

Dünən uçquna düşmüş 9 alpinistdən 5-i ölüb, 4-ü isə xilas ola biliblər.

Axtarış əməliyyatlarında 30-dan çox xilasedici, könüllülər və Fövqəladə Hallar Nazirliyinin 2 vertolyotu iştirak edib.