Pravoslavlar Milad Bayramını qeyd edir

Bayram mərasimində Rusiya prezidenti Dmitri Medvedev və xanımı iştirak ediblər

Yanvarın 7-də Rusiya və digər ölkələrin pravoslav xristianları Milad Bayramını qeyd edirlər.

Rusiyada ibadətə Moskva və bütün Rusiyanın patrıarxı Kiril başçılıq edib. Bayram mərasimində Rusiya prezidenti Dmitri Medvedev və xanımı iştirak ediblər.

Moskva patriarxı bildirib ki, dünyada təxminən 30 min rus pravoslav kilsəsi var.

Milad Bayramını bu gün ruslardan başqa serb, gürcü və Qüds kilsələri də qeyd edir.