Serbiya prezidenti Kosovoya gedib

Serbiya prezidenti Boris Tadiç beynəlxalq qüvvələrin vertolyotu ilə Kosovodakı pravoslav kilsəsinə gəlib.

O Veliki Deçane kilsəsində Milad bayramını qeyd edəcək.

Əvvəllər Serbiyanın tərkibində olan Kosovo 2008-ci ildə müstəqillik qazanıb.

Serbiya Kosovonun müstəqilliyini tanımır.