Maşının minaya düşməsi nəticəsində 5 adam ölüb

Əfqanıstanın Nanqarhar əyalətində minanın partlaması nəticəsində 5 adam ölüb, NATO əsgərləri də daxil olmaqla onlarla adam isə yaralanıb.

Ölənlərdən 4-ü uşaqdır.

Əfqanıstan Daxili İşlər Nazirliyinin məlumatına görə polis maşını yolda minaya düşüb.

Uşaqlar əyalətə gələn əsgərlərə baxırmışlar.