BMT Somalinin bəzi rayonlarına yardımı müvəqqəti dayandırıb

BMT-nin ümumdünya ərzaq proqramı Somalinin cənubundakı bir sıra rayonlarda fəaliyyətini müvəqəti dayandırıb.

Proqramın nümayəndəsi Reutersə bildirib ki, buna səbəb islamçı “ aş Şabab” qrupunun BMT-nin əməkdaşlarını hədələməsi olub.

Somalinin mərkəzi və cənub bölgələrində yaşayan təxminən 3 milyon yarım sakindən çoxu ehtiyac içində yaşayır.