Bəzi rayonlara qar yağıb

Yanvarın 6-dan başlayaraq havanın yağıntılı olacağı, Abşeron yarımadasının bəzi yerlərində yağışın sulu qara keçəcəyi gözlənilir.

Hidrometeoroloqlar xəbər verirlər ki, sabah güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Yaxın 3 gündə Azərbaycanın rayonlarında yanvarın 6-da havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bu gecə qərb küləyi arabir güclənəcək.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, Daşkəsənə qar yağıb. Şəhər mərkəzində qarın qalınlığı 20 santimetrə çatıb.

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Cavanşir Qocayev bildirib ki, yolların buz bağlanmaması üçün aidiyyatı qurumlar tədbir görür və yollar mütəmadi olaraq təmizlənir.