İran prezidenti Tacikistandadır

İran prezidenti Mahmud Əhmədinejat Düşənbəyə gəlib. Onun səfəri iki gün çəkəcək.

Bu gün Əhmedinejad Tacikistan prezidenti İmomali Rahmonla görüşəcək. Səfər çərçivəsində Əhmədinejad İranın maliyyələşdirdiyi “Sanqtuda-2” SES-ə baş çəkəcək.

Danışıqların yekununda iki ölkə prezidenti iqtisadi sahədə bir neçə dövlətlərarası saziş imzalayacaq.