Əfqanıstanda oğurlanmış fransalı jurnalistlər salamatdır

Ötən çərşənbə günü Əfqanıstanda oğurlanmış 2 Fransa jurnalisti salamatdılar və onlarla kobud rəftar olunmur.

Bu barədə jurnalistlərin çalışdığı Fransa televiziyası xəbər verir.

Amma bu məlumatın mənbəi və jurnalistlərlə birlikdə oğurlanmış 3 Əfqanıstan vətəndaşının taleyi barədə məlumat verilmir.

Jurnalistlər Kabilin şimalındakı Kapisa əyalətində oğurlanıb.

Hələlik buna görə cavabdehliyi heç kim üzərinə götürməyib.

Amma bunun talibançıların işi olduğu güman edilir.