ABŞ kəşfiyyatı ən böyük itkisini verib

Dekabrın 31-də Əfqanıstanda intiharçı bomba hücumu nəticəsində səkkiz amerikalı, o cümlədən Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları həlak olub.

Rəsmilər bu hadisəni müharibə başlanandan bəri ABŞ kəşfiyyatı üçün ən böyük itki kimi qiymətləndirirlər. Hücuma görə məsuliyəti Taliban üzərinə götürüb.