Niderlandda ABŞ-a gedən sərnişinlər ciddi yoxlanılacaq

Niderlandda Birləşmiş Ştatlara uçan bütün sərnişinlər tam yoxlanılacaq.

Bu, bu yaxınlarda Amsterdamdan Detroyta uçan təyyarədə edilmiş terror çəhdinə görə həyata keçirilir.

23 yaşlı nigeriyalı Ömər Fərrux Abdulmütəllib təyyarəni partlatmağa cəhd göstərərkən sərnişinlər tərəfindən zərərsizləşdirildi.