Bolqarıstan Əfqanıstana əlavə əsgər göndərəcək

Bolqarıstan gələn ilin əvvəllərində Əfqanıstana əlavə 30 əsgər göndərəcək.

Hazırda Əfqanıstanda 497 Bolqarıstan əsgəri var.

Onlardan 270-i Qəndəhardakı aeroportu qoruyur.

Bolqarıstanın müdafiə naziri Nikolay Mladenov deyir ki, 2010-cu ilin sonunda isə Əfqanıstana daha 70 əsgər göndəriləcək.