İran hakimiyyəti 5 meyiti istintaq üçün saxlayıb

İranın rəsmi İRNA agentliyi xəbər verir ki, bazar günü nümayişlərində ölənlərin 5 meyiti istintaq üçün saxlanıb.

Mir Hüseyn Musəvinin 35 yaşlı bacısı oğlu Əli Musəvi də nümayişlərdə güllə yarasından ölmüşdü.
Məlumatlara görə, saxlananlardan biri də onun meyitidir.