Bakının mərkəzində yanğın

İki mənzil tam yanıb, dörd mənzilə ciddi ziyan dəyib

Dekabrın 28-də saat 13 radələrində Bakıda Yasamal rayonu Cəfər Cabbarlı küçəsi 19 ünvanında üçmərtəbəli yaşayış binasının 2 və 3-cü mərtəbələrində yanğın baş verib.

İki mənzil tam yanıb, dörd mənzilə ciddi ziyan dəyib.

Xəsarət alanlar yoxdur.

Yanğının söndürülməsinə 5-dən çox yanğın söndürən maşın cəlb edilib. Başlayandan saat yarım sonra yanğın tam söndürülüb.

Hadisə yerində olan AzadlıqRadiosunun müxbiri xəbər verir ki, indi binada söküntü işləri gedir.

Yanğının səbəbləri araşdırılır.