Özbəkstanda parlament seçkiləri keçirilib

Özbəkstanda parlament seçkiləri keçirilib. Seçki tamamilə prezident İslam Kərimovun tərəfdarlarına etibar edilib. Artıq ikinci onillikdir ki, parlamentin aşağı palatasında bütün yerlər də prezidentin tərəfdarlarına məxsusdur. Ölkədə müxalif partiya yoxdur, demokratiya tərəfdarlarının böyük əksəriyyəti hazırda ya həbsdə, ya da sürgündədirlər.

ATƏT-in monitoriq qrupu ölkənin bundan öncə heç bir tövsiyyəni yerinə yetirmədiyini əsas gətirərək tam heyətini Özbəkstana göndərməyib.