Sibir – Sakit Okean neft kəmərinin birinci hissəsi açılıb

Bu gün Sibir – Sakit Okean neft kəmərinin birinci hissəsinin rəsmi açılışı olub. Rusiyanın baş naziri Vladimir Putin deyib ki, «strateji layihə» olan bu kəmər Rusiyanın Asiya – Sakit Okean bazarlarına giriş imkanlarını artıracaq. Baş nazir deyib ki, Rusiya buvaxtadək bu cür bazarlarda kifayət qədər aktiv olmayıb.