Nümayişdə öldürülmüş iranlı qadın ilin adamı olub

Britaniyanın “The Times” qəzeti prezident seçkilərindən sonra İranda keçirilən etiraz aksiyaları zamanı öldürülmüş gənc qadını ilin adamı adlandırıb.

Qəzet 26 yaşlı Neda Ağa Soltanı zülmlə mübarizənin simvolu hesab edir.