Bağdadda törədilmiş partlayışda azı 6 adam ölüb

Milad və Aşura günü ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə baxmayaraq İraqda zorakılıq aksiyaları davam edir.

Bağdadın əsasən şiələr yaşayan Sədr Siti rayonunda törədilmiş partlayışda azı 6 nəfər ölüb, 20-dən çox adam isə yaralanıb.

Şiə müsəlmanları sabah Kərbəlada Aşura gününü qeyd etməyə hazırlaşır.