Stalinin nəvəsinin qəzetə qarşı iddiası rədd edildi

Sovet diktatoru İosif Stalinin nəvəsi “Novaya Qazeta” qəzetinə qartşı məhkəmə iddiasını uduzub.

Yevgeni Cuqaşvili qəzetin babasına “cinayətkar” deməklə onun şərəf və ləayqətini təhqir etdiyini iddia edərək məhkəməyə müraciət etmişdi. Nəvə dəymiş ziyana görə qəzetdən 10 milyon rubl – təxminən 330 min dollar pul tələb edirdi.

Amma Moskva şəhər məhkəməsi iddianı təmin etməyib.