Peşəvərdə partlayış olub, ölən və yaralananlar var

Peşəvər şəhərinin mərkəzində partlayış olub, azı 4 nəfər ölüb, 10-dan artıq yaralı var.

Pakistan rəsmiləri partlayışı intiharçının törətdiyini təsdiqləyib. Hadisə şəhərin dövlət idarələri, bank və özəl biznes yerləşən hissəsində baş verib.

İki gün əvvəl Peşəvərdə Pakistan jurnalist klubuna hücum olub, 3 nəfər ölüb.