Avatar filmi rekorda yaxın düşə bilmir

James Cameronun Avatar filmi ilk həftəsonu Britaniyada 10 milyon funtluq həddi keçə bilməyib.
Film cəmi 8,5 milyon funt sterlinq gəlir gətirib.
Hətta keçən ay ekranlara çıxan və vampirlərdən bəhs edən “Yeni Ay” filmi 11,6 milyon gətirmişdi.
Bu ilin rekordu isə ilk həftəsonu 20 milyon funt sterlinq qazanmış “Harry Potter” filmindədir.
20th Century kinostudiyası Avatarın çəkilişinə 237 milyon dollar xərcləyib.