«Medvedev Qarabağ münaqişəsinin həllinə şəxsən diqqət ayırır»

Prezidentlərin Kişinyov görüşü, 9 oktyabr 2009

«Rusiya Prezidenti Dmitri Medvedev Qarabağ münaqişəsinin həllinə şəxsən diqqət ayırır», Rusiya Federasiyası Dövlət Dumasının vitse-spikeri Svetlana Orlova jurnalistlərə belə deyib.

«Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çalışır və düşünürəm ki, yaxın gələcəkdə daha yaxşı nəticələrə ümid etmək olar», deyə Orlova bildirib.

Dekabrın 22-də Bakıda Milli Məclisin Rusiya Federal Məclisi ilə ikitərəfli parlament komissiyasının 8-ci iclası keçirilib.

Svetlana Orlova gənclərin mühüm faktor olduğunu xatırladaraq əlavə edib ki, mart-aprel aylarında iki ölkə gənclərinin görüşünün təşkil etməyi planlaşdırırlar. O, bildirib ki, Moskvada bu məsələnin təşkilatı tərəfi ilə Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva məşğul olur.