Medvedev Türkmənistana yollanıb

Rusiya prezidenti Dmitri Medvedev dekabrın 22-də Türkmənistana gedir, türkmən qazı ilə bağlı danışıqlar aparacaq.

Aprel ayında türkmən qazını Rusiyaya daşıyan kəmərdə partlayış olandan sonra qaz təchizatı dayandırılıb.

Türkmənistan təchizatının dayandırılmasında Rusiyanı günahlandırıb.

«Franss-Press» agentliyi türkmən rəsmilərinə istinadla bildirir ki, Medvedev və Qurbanqulu Berduməhəmmədov təchizatın bərpa edilməsi ilə bağlı razılaşma imzalaya bilər.

Bu ayın əvvəlində Türkmənistanla Çin arasında yeni qaz kəmərinin təməli qoyulub.