Kutaisidəki faciəylə bağlı 10 adam həbs olunub

Kutaisidə baş vermiş faciəylə bağlı

İmereti regionunda 10 adam həbs olunub.

İnterfaks agentliyinin məlumatına görə həbs olunanlar abidəni partladan özəl şirkətin əməkdaşlarıdır.

Prezident Mixeil Saakaşvili isə regionun qubernatoru Mixeil Çoqovadzeni işdən azad edib.

Dünən Kutaisidə sovet dövründən qalmış abidə partladılarkən bir qadın və onun 8 yaşlı qızı ölüb.