Bakı hava limanında meyit tapılıb

Bakının Beynəlxalq Hava Limanında meyit tapılıb.

Bu barədə ANS Press Daxili İşlər Naziliyinə istinadla xəbər verir.

Nazirlik ölənin təxminən 50-55 yaşında bir kişi olduğunu və meyidinin üzərində zorakılıq əlamətlərinin aşkar edilmədiyini deyir.

Meyiti Daxili İşlər Nazirliyi Nəqliyyat Baş Polis İdarəsinin əməkdaşları saat 04.20 radələrində aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.