Pakistanda partlayış olub

Pakistanın şimal-qərbindəki Dir rayonunda baş vermiş partlayışda azı 10 adam ölüb. Yaralıların sayı isə 30-dur. Ölənlərin çoxu polislərdir. Partlayışı intiharçı məscidə yaxın polis məntəqəsi tərəfdə törədib.

Partlayışın baş verdiyi ərazidə bir müddət əvvəl hökumət qüvvələri taliblərə qarşı irimiqyaslı əməliyyat keçirmişdi.